Menu

Rusiya ABŞ-nin qonşularına nüvə başlıqlı hərbi gəmilər göndərir – Kuba hökuməti bəyanat verdi

07.06.2024, 11:00
Rusiya ABŞ-nin qonşularına nüvə başlıqlı hərbi gəmilər göndərir – Kuba hökuməti bəyanat verdi

Kuba hakimiyyəti cümə axşamı günü gələn həftə Rusiyanın dörd gəmisinin, o cümlədən "Kazan" nüvə sualtı qayığı və "Admiral Qorşkov" raket freqatının Havanaya gələcəyini elan edib.

"Reuters" agentliyinin yaydığı xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və region üçün təhlükə törətmədiyi elan edib.

Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da yaydığı bəyanatda deyilir: “Səfər Kuba ilə Rusiya arasında mövcud olan tarixi dostluq münasibətlərinə və ciddi şəkildə beynəlxalq qaydalara uyğundur”.

Bu açıqlama ABŞ administrasiyasındakı mənbənin Rusiyanın hərbi gəmilərini Karib hövzəsinə, o cümlədən Venesuela və Kubadakı müttəfiqlərini dəniz təlimləri üçün göndərmək planlarını açıqlamasından bir gün sonra verilib.

ABŞ az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiyini, lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin təlimlərə nəzarət etmək niyyətində olduğunu qeyd edib.

Kuba rəhbərliyindən verilən məlumata görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir.

Soyuq müharibə dövründə həm adi, həm də nüvə silahları ilə silahlanmış sovet bölmələrinin Kubada, ABŞ sahillərində yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb oldu. Bu, qlobal nüvə müharibəsinə səbəb ola bilərdi, amma son anda tərəflər geri çəkilməyə razılıq vermişdilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol