Menu

S&P manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

08.06.2024, 09:29
S&P manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

“Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- S&P əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol