Menu

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

10.06.2024, 00:24
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan avromobil yeməkxananın qarşısında dayanmış "Ford" markalı avtomobaşına çırpılıb.

Hadisə zamanı iki nəfər - Eldar Bayramov və Rəhim Mustafayev xəsarət alıblar. Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol