Menu

Azərbaycan əsgəri Ermənistanda saxlanılıb – Erməni KİV

10.06.2024, 16:36
Azərbaycan əsgəri Ermənistanda saxlanılıb – Erməni KİV

Bu gün səhər Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynovun itkin düşdüyünü bildirib.

Ermənistan KİV-nin yaydığı məlumata görə, əsgər Ermənistan ərazisində saxlanılıb.

Qeyd olunur ki, azərbaycanlı hərbçi Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində yerləşən Areni sərhəd kəndi yaxınlığında saxlanılıb.

Hələlik Ermənistan hakimiyyəti azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı rəsmi məlumat yaymayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol