Menu

Ərdoğan 18 il sonra CHP-ni ziyarət etdi – VİDEO

11.06.2024, 21:01
Ərdoğan 18 il sonra CHP-ni ziyarət etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə görüşmək üçün CHP-nin Baş qərargahına gəlib.

“AzPolitika” xəbər verir ki, tərəflər arasında baş tutacaq görüş mətbuata qapalı şəkildə keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl mayın 2-də Ərdoğan Özgür Özəli partiyasının Baş qərargahında qəbul etmişdi. Ərdoğan görüş zamanı CHP-nin Baş qərargahına səfər edəcəyini bildirmişdi.

Qeyd edək ki, Prezident Ərdoğan sonuncu dəfə 2006-cı ildə CHP-nin Baş qərargahında olub. O, həmin dönəmin CHP sədri Dəniz Baykalı təbrik etmək üçün gəlmişdi.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol