Menu

Ermənistanda parlament yaxınlığında qarşıdurma zamanı 17 polis yaralanıb

13.06.2024, 00:12
Ermənistanda parlament yaxınlığında qarşıdurma zamanı 17 polis yaralanıb

Ermənistan parlamentinin binası yaxınlığında müxalifət fəalları ilə toqquşma zamanı azı 17 polis əməkdaşı yaralanıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryan deyib.

Tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol