Menu

"KTMT-dən çıxmaq növbəti addımımız olacaq" - Ermənistanın baş naziri

13.06.2024, 13:07
"KTMT-dən çıxmaq növbəti addımımız olacaq" - Ermənistanın baş naziri

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bununla bağlı bir ay, bir il və ya üç ildən sonra qərar verəcəyik”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol