Menu

Bakıda gecə xüsusi əməliyyat: həbslər var

06.12.2014, 09:32
Bakıda gecə xüsusi əməliyyat: həbslər var

Dekabrın 5-dən 6-na gecən gecə Bakıda avtoxuliqanlara qarşı geniş miqyasda əməliyyat keçirilib.

AzNews.az xəbər verir ki, əməliyyat zamanı 100-ə yaxın sürücü cəzalandırılıb və onların bir çoxu haqda sənədlər toplanaraq məhkəməyə göndərilib.

Saxlanılan sürücülər arasında sərxoş olanlar, narkotik maddədən istifadə edənlər və müxtəlif qayda pozuntuları törədənlər olub.

Əməliyyata Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) başçılıq edib.

Qeyd edək ki, son zamanlar tez-tez belə əməliyyatların keçirilməsi gecəyarısı “avtoşluq” və qadağan olunmuş siqnallardan istifadə etməklə əhalinin narahatçılığını pozma hallarının çoxalması ilə bağlı olduğu deyilir.

Əməliyyatda yol polisinin 50-yə yaxın əməkdaşı iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol