Jurnalist Xədicə İsmayılın həbsinə ABŞ-dan da ilk reaksiya gəlib. Dövlət Departamentinin sözçüsü Mariya Harf dekabrın 5-də keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb. O deyib ki, təmsil etdiyi hökumət Azərbaycanda ümumən vətəndaş cəmiyyətinə qarşı basqılardan narahatdır və bunu dəfələrlə yerli səviyyədə diqqətə çatdırıblar.
“Bu məsələ ilə bağlı spesifik hesabatları görmüşəm, amma onun detallarını indi təsdiq edə bilmirəm. Biz Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər də daxil, ümumiyyətlə vətəndaş cəmiyyətinin fəaliyyəti üzərində olan məhdudiyyətlərdən və basqılardan ciddi şəkildə narahatıq. Bu cür hallar təsdiq edir ki, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun hərəkət etmir. Bütün bunlar bizi narahat edir. Yerində bu məsələlər dəfələrlə onların qarşısında qaldırılıb”, - deyə Departamentin sözçüsü qeyd edib.

“Azad Avropa radiosu ilə əməkdaşlıq edən Xədicə İsmayılova olduqca cəsarətli araşdırmaların müəllifi olmaqla hakimiyyəti tənqid edir, korrupsiya və insan haqları ilə bağlı davamlı olarq məqalələr yazırdı. O, olduqca anlaşılmaz bir ittihamla - kimisə özünü öldürmə həddinə çatdırmaqda günahlandırılaraq həbs edilib.
Azərbaycan hakimiyyəti öz peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı bu cür basqılara son verməlidir”, - deyə təşkilatın bəyanatında qeyd olunur.
Amnesty İnternational xatırladır ki, hələ oktyabrın 12-də Praqadakı konfransda iştirak etməli olan Xədicə İsmayılın ölkədən çıxmasına prokurorluğun qərarı ilə yasaq qoyulmuşdu. Oktyabrın 3-də Azərbaycanda insan haqlarının pisləşməsi ilə bağlı AŞ PA-dakı məruzəsindən sonra Strasburqdan geri qayıdarkən isə Bakı aeroportunda onu 4 saatdan artıq saxlayaraq axtarış aparmışdlar.



Şərhlər