Menu

Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin oluna bilər

13.06.2024, 21:37
Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin oluna bilər

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivini çalışdıra bilər.

"Report" "Sky Germany"ə istinadən xəbər verir ki, klubda hazırda köməkçi məşqçi kimi fəaliyyət göstərən 35 yaşlı mütəxəssis bu gün istefa verən Edin Terziçin əvəzinə baş məşqçi təyin olunmağa ən real namizəddir.

Qeyd edək ki, N.Şahin "Borussiya"nın yetirməsidir. O, 2005-2011-ci və 2013-2018-ci illərdə bu klubda çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol