Menu

Fransa Ermənistana yeni silahlar verir

19.06.2024, 10:14
Fransa Ermənistana yeni silahlar verir

“İrəvan və Paris Fransanın CAESAR özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar”.

“AzPolitika” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornyu X sosial şəbəkəsində bildirib.

O, bildirib ki, həmkarı Suren Papikyanla CAESAR toplarının satışı ilə bağlı müqavilə imzalayıb.

CAESAR - zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi KNDS Fransa-Almaniya müdafiə konserni ilə də əməkdaşlıq müqaviləsi imzalayıb. Sazişin təfərrüatları açıqlanmır.

Xatırladaq ki, rəsmi Bakı Fransanın və digər ölkələrin Ermənistanı silahlandırmasına sərt etirazlarını bildirib. Bu ilin aprelin 23-də president İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol