Menu

“Bizi əsl fəlakət gözləyir” - Vuçiç

19.06.2024, 11:04
“Bizi əsl fəlakət gözləyir” - Vuçiç

“Əgər böyük dövlətlər heç nə etməsələr, mən tam əminəm ki, bizi əsl fəlakət gözləyir”.

“AzPolitika” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Die Weltwoche” qəzetinə müsahibəsində deyib.

“Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram. İnanıram ki, biz ondan uzaq deyilik. Yəni, 3-4 aydan çox deyil və bunun daha tez baş vermə riski var”,-dey o qeyd edib.

Serbiya prezidenti hesab edir ki, Qərb Ukraynanın məğlubiyyətinə tab gətirə bilməz, çünki ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətin pisləşməsi deməkdir. Onun sözlərinə görə, əgər Putin müharibəni uduzsa, o zaman o, hər şeyi itirəcək.

Vuçiç onu da əlavə edib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2024-06-20 10:16:52

Serbiya Prezidenti Aleksandr Vuçiç-"Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır". Erdoğan isə bunu Rusiya Ukrayna müharibəzə yenicə başlayyanda demişdi ki, " Qerb Putini yəni Rusiyanı hafifə almamalı idi" . Tarixdə sınaqdan çıxmış bir deyim də var ki, düşməninin gücünü küçümsəyən məhvə məhkümdur. Bu gün tarix iki qütbün Qərb və Rusiyanın qarşı-qarşıya gəlməsindən, üçüncü dünya müharibəsinə hamilədir və sanki hər kəs bunun doğulmasını istəyən kimi görünür. Amma anlamırlar ki, bu müharibə o müharibələrdən olmayacaq. Bu müharibədə hər iki tərəf məğlub olmamaq üçün, illərdir istifadə etdmədikləri nüvə başlıqlarını işə salmağa məcbur qıaıcaqlar. Yəni mənə qalmayan dünya, məndən sonra heç kimə qalmasın prinsipi ilə . Məhz Serbiya Prezidenti Aırksandr Viçiç də bunu demək istəyir.

Oxucu. 2024-06-19 13:35:45

Bax tam məntiqə söykənilmiş siyasətçi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol