Menu

Keşiş Baqratın “hərəkatı” sönür - “Hamı günahkarları axtarır...”

20.06.2024, 17:00
Keşiş Baqratın “hərəkatı” sönür - “Hamı günahkarları axtarır...”

Keşiş Baqrat Qalstanyanın Robert Koçaryan, Serj Sarqsyan və II Qareginin dəstəyilə Paşinyan hökumətinə qarşı başlatdığı etirazlar öləziyir. Son günlər artıq İrəvan küçələrində kütləvi etirazlar müşahidə olunmur. Qalstanyan özü isə Ermənistanın bölgələrinə üz tutub.

“AzPolitika” xəbər verir ki, Qalstanyanın başçılıq etdiyi “Vətən naminə Tavuş” hərəkatının təşəbbüskarlarından biri olan “Demokratik Birlik” Partiyasının sədri Suren Petrosyan erməni mətbuatına açıqlamasında hərəkatın söndüyünü etiraf edib: “Mən başa düşürəm ki, hərəkat sönəndə və ya uğursuzluğa düçar olanda günahkarlar və anti-qəhrəmanlar lazımdır. Başa düşürəm ki, hamı bunu axtarır, ona görə də sabah mətbuat konfransı keçirib bütün suallara ətraflı cavab verəcəyəm”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol