Menu

Keşiş Baqrat öz “Lexus”unu Şahramanyana bağışladı - Paşinyanın acığına...

22.06.2024, 13:48
Keşiş Baqrat öz “Lexus”unu Şahramanyana bağışladı - Paşinyanın acığına...

Xəbər verildiyi kimi, dünən Ermənistan hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun keçmiş qondarma başçısı Samvel Şahramanyanın “xidməti maşınını” müsadirə edib. Bunun üçün xüsusi təyinatlılar qondarma qurumun İrəvandakı “nümayəndəliyi”nin həyətindəki qapını sındıraraq, içəri daxil olublar və avtomobili aparıblar.

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, son zamanlar rusiyapərəst və revanşist qüvvələrin himayəsi altında Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarına başçılıq edən keşiş Baqrat Qalstanyan özünün “Lexus” markalı avtomobilini hakimiyyətin bu addımına etiraz olaraq, Şahramanyana hədiyyə edib.

Mətbuat yazır ki, Şahramanyan hədiyyədən imtina etməyə çalışsa da, ona ehtiyac olmadığını desə də, Qalstanyan təkid edərək açarları ona verib. Keşiş deyib ki, onun bu “hərəkəti” hakimiyyət üçün “siqnal” olmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol