Menu

ABŞ-da etirazlar səngimir

06.12.2014, 15:27
ABŞ-da etirazlar səngimir

ABŞ-ın bir neçə şəhərində dekabrın 5-də də aksiyalar davam edib. Aksiyaçılar ağdərili polisin qaradərili amerikalını öldürməsi məsələsinin mühakimədən kənar saxlanmasına etiraz edirlər.

Nyu-York şəhərində nümayişçilər böyük ticarət mərkəzlərinə toplaşıblar. Bəzi nümayişçilər həlak olan şəxsi imitasiya edərək yerə uzanıb. Avtomobil yolları bağlanıb.

Nümayişlər dekabrın 3-də, böyük jürinin polis Daniel Pantaleon-un 43 yaşlı qaradərilinin ölümünə görə cavabdehlik daşımaması haqda çıxardığı qərardan sonra başlanıb. İnsident 4 ay öncə baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol