Menu

TÜRKİYƏ MİLLİSİ NÖVBƏTİ MƏRHƏLƏDƏ! - VİDEO

27.06.2024, 01:02
TÜRKİYƏ MİLLİSİ NÖVBƏTİ MƏRHƏLƏDƏ! - VİDEO

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyun başa çatıb.

F qrupu çərçivəsindəki görüş 1:2 hesabı ilə türkiyəlilərin xeyrinə nəticələnib.

51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.

Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.

Bununla da, ay-ulduzlu komanda xalını 6-a çatdıraraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Çexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.

Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol