Menu

“Miqrantları ona görə müharibəyə göndəririk ki...” – Bastrıkından şok açıqlamalar

27.06.2024, 16:37
“Miqrantları ona görə müharibəyə göndəririk ki...” – Bastrıkından şok açıqlamalar

“Moskva əmək miqrantlarını Ukraynadakı müharibəyə göndərir ki, onlar Rusiyanı tərk etməyə başlasınlar”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda bildirib. Onun sözlərinə görə, 10 minə yaxın miqrant orduya gedib.

“Bilirsiniz ki, miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq. Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq alan şəxslərin qeydiyyatdan keçməli olduğu müddəalarını həyata keçirməyə başladıq. Onlar bildirdik ki, hərbi və lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak edin” - deyə, o, vurğulayıb.

Bastrkinın sözlərinə görə, hərbi qeydiyyatı onun rəhbərlik etdiyi idarənin müstəntiqləri həyata keçirir.

“Artıq 30 mindən çox miqrant vətəndaşlıq alıb və hərbi qeydiyyatdan keçmək istəməyənlərin siyahısına əlavə edilib”, - o, qeyd edib.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri Mərkəzi Asiya ölkələri mütəmadi olaraq Rusiyaya iş axtarmaq üçün gələn miqrant işçilərin müharibəyə göndərildiyini bildirirlər. Hökumətlər vətəndaşlara müharibədə iştirakını muzdlu fəaliyyət kimi qiymətləndirə biləcəklərini xatırladıblar.

2011-ci ildən İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxış edib və immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib. İstintaq Komitəsinin rəhbərinin mövzu ilə bağlı son açıqlamaları Rusiya hakimiyyətinin Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı Moskva yaxınlığındakı “Crocus City Hall” binasına hücumdan sonra başlayan kampaniya fonunda verilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol