Menu

Elmar Məmmədyarov rus dilinin müdafiəsinə qalxdı

06.12.2014, 16:20
Elmar Məmmədyarov rus dilinin müdafiəsinə qalxdı

"GUAM çərçivəsində müxtəlif sahə nümayəndələri arasında görüş və danışıqlarda ünsiyyəti ingilis dili ilə müqayisədə rus dilində aparmaq daha səmərəlidir".

SalamNews-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir E.Məmmədyarov bildirib ki, GUAM çərçivəsində bir çox sahələrdə əməkdaşlıq mövcuddur: "Fikrimcə, həmin sahə nümayəndələrinin görüşləri və müzakirələrinin rus dilində aparılması daha rahat və səmərəlidir".

Onun sözlərinə görə, siyasi emosiyaların əsiri olmaq lazım deyil: "Dili ünsiyyət rahatlığı və diplomatiyada isə ətrafdakılara fikir və mövqeni daha dəqiq çatdırmaq üçün istifadə etmək lazımdır".

Bazeldə ATƏT XİNŞ-nin iclası çərçivəsində GUAM-ın növbəti görüşündə Ukraynanın Xarici İşlər naziri GUAM-ın iclaslarını ingilis dilində aparmağı təklif edib. GUAM-ın nizamnaməsinə əsasən, təşkilatın rəsmi dilləri ingilis və rus dilidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol