Menu

Bakıda mağaza yandırıldı - Saxlanılan var

28.06.2024, 11:25
Bakıda mağaza yandırıldı - Saxlanılan var

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb. Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol