İranda növbədənkənar prezident seçkiləri davam edir. İndiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian yenə də liderdir.
APA xəbər verir ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.
İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur. ***
İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.
APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.
12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.
***
İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 8,379 milyon səs (ümumi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində liderdir.
“Report”un xəbərinə görə, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.
O, İRİB telekanalının efirində bildirib ki, 23 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 3,505 milyon səs toplayıb, əvvəllər seçkilərdə öndə olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkiyan isə 3,389 milyon səs toplayıb, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa 1,116 milyon səs verib.
***
İslahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb. İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeshkiyanın liderliyini təsdiqləyib.
Agentliyin məlumatına görə, Pezeşkiyan 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. “Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.

Şərhlər