Macarıstan tərəfi Baş nazir Viktor Orbanın Kiyevə səfərini Moskva ilə razılaşdırmayıb.
“AzPolitika” xəbər verir ki, bnunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Peskov Orbanın Kiyevdəki sülh təşəbbüslərini də şərh etmək istəməyib: "Macarıstan liderinin Ukraynaya səfəri ilə bağlı Budapeştlə heç bir əlaqə olmayıb".
O, qeyd edib ki, “Moskvanın bu səfərdən heç bir gözləntisi yoxdur və bunu şərh etməyin də mənası yoxdur”: “Aydındır ki, bu dövrdə Aİ-yə sədrlik etməyə başlayan Macarıstan təbii ki, öz funksiyalarını yerinə yetirməlidir”.
“AzPolitika.info”


Şərhlər