Menu

Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıblar

03.07.2024, 22:06
Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıblar

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.

"Report" xəbər verir ki İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberə məğlub olaraq gümüş medalla kifayətlənib.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol