Menu

“Narkomaniya təhlükəsi barədə maarifləndirmə” - Gənclər təşkilatı yeni layihənin icrasına başladı (FOTOLAR)

04.07.2024, 12:28
“Narkomaniya təhlükəsi barədə maarifləndirmə” - Gənclər təşkilatı yeni layihənin icrasına başladı (FOTOLAR)

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 02 iyul 2024-cü il tarixində ilk tədbirini Qəbələ rayonunda keçirib.

 Qəbələ Dövlət PeşəTəhsili Mərkəzində keçirilən “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbirdə narkomaniya problemi ilə bağlı geniş müzakirə aparılıb.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Tələt Qəribov ilk olaraq iştirakçıları salamlayıb, daha sonra narkomaniyanın gətirdiyi bəlalar, onun cəmiyyətimizə vurduğu ziyanlar haqda iştirakçılara geniş şəkildə məlumat verdi. O, çıxışında qeyd edib ki, narkomaniyadan uzaq durmağın yollarından biri də insanların asudə vaxtlarının səmərəli keçirməsindən asılıdır. Onun sözlərinə görə, yeniyetmələr və gənclər bəzən bekarçılıqdan bu yola qədəm qoyurlar.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının narkoloq həkimi Zeynəb Balakişiyeva bu sahədə rayondakı vəziyyətdən, görülən tədbirlərdən geniş danışıb.

Rayon Ağsaqqallar Şurasının Qəbələ şəhəri üzrə sədri Niyazi Babayev çıxışında qeyd edib ki, inzibati orqanların bu sahədə apardığı proflaktik işlərə baxmayaraq, rayonda narkotiklərlə bağlı hadisələrə rast gəlinir.

Rayon ziyalılarından olan Vaqif Əzimov belə tədbirlərin tez-tez keçirilməsini məqsədəuyğun hesab edib.

RİH-in hüquqşunası Pərvin Pənahov bu tədbirə görə donor təşkilata və layihə rəhbərinə rayon rəhbərliyi adından təşəkkür edib və bu kimi tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini bildirib.

Tədbir çay süfrəsi ətrafında geniş müzakirə ilə bağa çatıb.

Şərhlər

Rəhimov Adil 2024-07-04 12:54:16

Əgər Dövlət Narkomaniya ilə mübarizə aparmaq istəyirsə bu malların sərhəddin keçirilməsinə,,Azərbaycanda narkotik planasiya sahiblrinə qarşı ciddi tədbirlər görməlidir.t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol