Menu

Ərdoğandan UEFA-nın skandal qərarına etiraz

05.07.2024, 20:44
Ərdoğandan UEFA-nın skandal qərarına etiraz

"Kimsə almanların formasında niyə qartal var deyirmi? Fransızların formasında niyə xoruz var, niyə xoruzlanırsan deyirmi?".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirərkən deyib.

"Orada Merih bu görüntü ilə həyəcanını göstərib. Bu qərarın üzərinə Xarici İşlər Nazirliyimiz onların məsul şəxslərini çağırdı və bununla bağlı lazımi addımlar atılır. İnşallah əsas məsələ şənbə günündədir. Meydandan qələbə ilə ayrılaq və davam edək. Fövqəladə bir şey olmasa, matça getməyə qərar vermişik", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol