Menu

AVRO-2024: Fransa növbəti yarımfinalçı olub

06.07.2024, 03:00
AVRO-2024: Fransa növbəti yarımfinalçı olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol