Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar parlament seçkilərində birinci olan solçu “Yeni Xalq Cəbhəsi” ittifaqının əsas seçki vədləri arasında Fələstin dövlətinin tanınması var.
APA xəbər verir ki, ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin təsdiqlənməmiş nəticələrinə görə, “Yeni Xalq Cəbhəsi” Milli Assambleyada ən çox mandata malik ittifaq olub.
“Yeni Xalq Cəbhəsinin” sonra ikinci yerdə qərarlaşan prezident Makronun “Hamımız Respublika Naminə” ittifaqı və birinci turun qalibi olan ifrat sağçı “Milli Birlik” alyansı üçüncü yerdə qərarlaşıb.
Makron və solçuların ifrat sağçılara qarşı üstüörtülü əməkdaşlıq etdiyi bu gün keçirilən ikinci turda heç bir ittifaq Parlamentdə hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.
Seçkilərin qalibi, solçu “Yeni Xalq Cəbhəsi” alyansının ən böyük partiyası və Fələstinin tərəfdarı olan “Üsyankar Fransa”nın yeni hökumətin qurucu qüvvələrindən biri olub-olmayacağı hələ məlum deyil.
Seçki kampaniyasında sol ittifaq minimum əmək haqqını 1600 avroya çatdıracağına söz vermiş, həmçinin ərzaq, enerji və yanacağın qiymətlərini donduracağını vəd etmişdi.
Solçu ittifaq Fələstini rəsmən tanımağa söz verdiyi halda, həmçinin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa əməl etmədiyi təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi.
İcarəyə verilən subsidiyaların 10 faiz artırılması və pensiya yaşının 60-a endirilməsi də alyansın vədləri arasında idi.
İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölkədə Fələstinə dəstək nümayişlərinə rəhbərlik edən “Üsyankar Fransa” (LFI) partiyası, növbədənkənar parlament seçkilərində olduğu kimi Avropa Parlamenti (AP) seçkilərində də Fələstin məsələsinə dəstək verib.
Fransada Fələstini dəstəkləyən bəzi LFI millət vəkilləri "terror təbliğatı" səbəbiylə ifadə verməyə də çağırılıb.
***
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.
“Report” xəbər verir ki, bunu BFMTV telekanalı bildirib.
Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.
Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.


Şərhlər
Bizdə də seçki olacaq ,Fransada qalib olan partiyanın vədlərinə baxanda fikirləşirəm ki ,bu fransızlar lap ağlını « itirib » ,pensiya yaşı ,qiymətlər ,xalqın güzaranı .Bizdə isə seçkini vecinə alan var ? Qiymətləri ,cərimələri ,pensiya yaşını və s. durmadan qaldırırlar