Menu

"Çinə Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək daha sərfəlidir" - Valeh Ələsgərov

08.07.2024, 10:56
"Çinə Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək daha sərfəlidir" - Valeh Ələsgərov

Çinə məhsulların Azərbaycanda - Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) istehsal olunaraq Avropaya çıxarılması Çin üçün daha sərfəli olar.

"Report" xəbər verir ki, bunu ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı" mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, bu, Çini əlavə nəqliyyat xərclərindən azad edər, ƏAİZ-in güzəşt və imkanlarından yararlanmağa şərait yaradar: "Təbii ki, investisiyalar qoyaraq Orta Dəhlizi daha da inkişaf etdirmək lazımdır. Orta Dəhlizin inkişafı, azad zonanın bu dəhliz üzərində yerləşməsi heç də təsadüfi deyil. Biz Çin şirkətlərini Azərbaycanda görməkdən məmnun olarıq. Dünən bu tədbirin iştirakçıları, Çindən gələn nümayəndə heyəti ƏAİZ-də oldu, yaradılan şəraitlə yerində tanışlıq imkanı əldə etdi, azad zonanın üstünlükləri barədə məlumatlandırıldılar. Çin şirkətlərini bir daha ƏAİZ-də fəaliyyətə dəvət edirəm".

Şərhlər

Mühəndis 2024-07-08 12:33:52

Yaxşı təklifdir.Ancaq istehsal sahələrini işsizlikdən əziyyət çəkən rayonlarda yerdəşdirmək daha uyğun olardl.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol