“Sentyabr ayının 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində itşitrak etməklə bağlı dostlarımdan, çalışdığım sahədə fəaliyyət göstərən insanlardan çoxsaylı müraciətlər alıram”.
Bunu “AzPolitika”-nın sorğusuna cavab olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu bildirib.
Qeyd edək ki, saytımıza daxil olan məlumata görə, Milli Məclisin yeni üzvlərindən biri də Umud Rəhimoğlu ola bilər.
U.Rəhimoğlunun sözlərinə görə, namizədliyini irəli sürmək niyyətində olsa da, hələ qəti qərar verməyib.
“Ümid edirəm ki, qarşıdakı 1 həftə - 10 gün ərzində qərarım qətiləşəcək. Yaşadığım bölgədən, çevrəmdə olan insanlardan olan müraciətləri dəyərləndirmək istəyirəm” – deyə, o, qeyd edib.
Əgər namizəd olmaq istəyərsə, hansı seçki dairəsini məqbul bildiyi barədə suala BAMF sədri belə cavab verib: “Bilirsiz ki, mənim bütün şüurlu faliyyətim, mübarizəm, mücadiləm Qarabağa həsr olunub. Namizəd olaramsa, bu bölgədən seçkilərə qatılacağam”.
Xatırladaq ki, Umid Rəhimoğlu 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulub. 1987-ci ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun məzunu olub.
“AzPolitika.info”


Şərhlər