Menu

“Hər şeyin həddi var!” - Alla Puqaçova Kremli ittiham etdi + FOTO

09.07.2024, 13:40
“Hər şeyin həddi var!” - Alla Puqaçova Kremli ittiham etdi + FOTO

Məlum olduğu kimi, Rusiyanın dünən Kiyevdəki uşaq xəstəxanasına endirdiyi raket zərbəsi böyük rezonans doğurub. Kremlin bu insanlığa qarşı cinayətinə Rusiyanın tanınmış simaları da etiraz edirlər.

“AzPolitika” xəbər verir ki, Rusiyanın ən tanınmış və əfsanəvi müğənnisi Alla Puqaçova öz “instaqram” səhifəsində Rusiya tərəfindən “Oxmatdit” uşaq xəstəxanasının vurulmasını bu cür şərh edib: “Tanrı səbirlidir, amma hər şeyin HƏDDİ var”.

O, şərhlə bərabər raket hücumu zamanı yaralanan uşağın fotosunu da paylaşıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol