Menu

Alen Simonyan MDB PA-nın iclasında iştirakdan imtina edib

09.07.2024, 16:31
Alen Simonyan MDB PA-nın iclasında iştirakdan imtina edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının (PA) iclasında iştirakdan imtina edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, A.Simonyan iyulun 12-də Sankt-Peterburqda baş tutacaq görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, iyunun sonunda Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib. Ermənistan Moskvaya yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. İrəvanı forumda Belarusdakı səfiri Razmik Xumaryan təmsil edib.

Bir qayda olaraq həmin tədbirdə, Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edirdi.

KTMT ilə münasibətlərin kəskinləşməsi fonunda İrəvan Moskvanın rəhbərlik etdiyi strukturların görüşlərini boykot etsə də, MDB və Avrasiya İqtidsadi ittifaqı (Aİİ) ilə əməkdaşlığa dəyər verdiyini açıqlayıb. Məhz spiker Alen Simonyan qeyd edib ki, MDB Ermənistana xeyir verən əməkdaşlıq platformasıdır.

“Aİİ-ə münasibətdə biz eyni iqtisadi zonadayıq və iqtisadiyyatımız həmin ölkələrin iqtisadiyyatları ilə bir-birinə kifayət qədər bağlıdır” – deyə, o, bildirib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol