Menu

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

09.07.2024, 16:13
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.

Xatırladaq ki, azad edilmiş ərazilərdə prezident seçkilərində 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol