Menu

“Avto Lizinq Azərbaycan” nizamnamə kapitalını 2,5 milyon manat azaldır

09.07.2024, 16:17
“Avto Lizinq Azərbaycan” nizamnamə kapitalını 2,5 milyon manat azaldır

“Avto Lizinq Azərbaycan" MMC nizamnamə kapitalını kəskin azaldır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rəhbərliyi müvafiq qərar qəbul edib.

Şirkət nizamnamə kapitalını 5 099 000 manatda 2 651 480 manata azaldır.

Xatırladaq ki, “Avto Lizinq Azərbaycan" 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentidir. Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan" şirkəti Sənaye Parkının ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidməti göstərmək məqsədilə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol