Menu

Ukrayna NATO-dan HHM sistemləri və F-16 almağa çalışacaq - Zelenski

09.07.2024, 23:36
Ukrayna NATO-dan HHM sistemləri və F-16 almağa çalışacaq - Zelenski

Şimali Atlantika Alyansının Vaşinqtonda keçiriləcək sammitində Ukrayna yeni hava hücumundan müdafiə sistemlərinin və F-16 qırıcılarının əldə edilməsində israrlı olacaq.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, Ukrayna hakimiyyəti müttəfiqlərindən əlavə maliyyə yardımı almağa ümid edir, həmçinin ABŞ və Avropa İttifaqından qətiyyətli addımlar gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol