Menu

“Rusiyanın amansız raket hücumunu görmək dəhşətlidir” – Orbanın əsas rəqibi Kiyevə gəldi

10.07.2024, 14:49
“Rusiyanın amansız raket hücumunu görmək dəhşətlidir” – Orbanın əsas rəqibi Kiyevə gəldi

Bu gün Macarıstan müxalifətinin lideri, Baş nazir Viktor Orbanın əsas siyasi rəqibi Peter Magyar Rusiya ordusunun bombaladığı Kiyevdəki uşaq xəstəxanasına humanitar yardım gətirib.

Onun Tisza partiyası təxminən 15 milyon forint (41.000 dollar) toplayıb. Magyar həmçinin macarların bağışladığı tibbi ləvazimatları və yeməkləri də özü ilə Kiyevə gətirib.

Magyar Ukraynaya getməzdən əvvəl Orban hökumətinin Rusiya ilə bağlı siyasətini tənqid edib: “Rusiyanın amansız raket hücumunu görmək dəhşətlidir. Baş nazir dünyanı gəzir və guya sülh qurmaq istəyir, Biz fərqliyik”.

Qeyd edək ki, iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə Macar Partiyası Macarıstanda 30 faiz səs toplayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol