Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

“AzPolitika.info” Modern.az-a istinadən xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

S.Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçidir.

Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.

***

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.