Menu

Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

11.07.2024, 08:08
Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

Sabah hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 35.2 və 35.5-ci maddələrinə əsasən, dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) səsvermə gününə azı 50 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dək olan dövrü əhatə edir.

Müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri səsvermə gününə azı 5 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 27-dək olan dövrü əhatə edir.

Şərhlər

Moshu 2024-07-11 10:38:19

Sözün açığı bu yazını oxuyandan sonra sevincimdən gecəni yata bilməmişəm, səhərə kimi şıllaq atmışam. Bildiyim qədər seçki polittexnologiyası adlı bir elm var. YAP aparıcı qüvvə olaraq öz üstünlüyünü Parlamentdə təmin etməlidir. Bunu normal hal kimi qəbul etmək lazımdır. Lakin seçkinin adını şəffaf, demokratik adlandırmağı anormal hesab edirəm. Bəlkə də Azpolitika bu yazını vermədi. Verməsə belə ürəyimi boşaltmalıyam. Tanıdığım kifayət qədər savadlı, hüquq təhsilli, Parlament təcrübəsini tam mənimsəmiş bir gənc namizədliyini verməkdən ötrü YAP ideoloqlarından razılıq alandan sonra, yəni onların xeyir-duası nəzərdə tutulur, ondan sonra “seçki” marafonuna qatıla bilər. Açığı anlamıram, bu nə yanaşmadır, nə münasibətdir? .... Əgər sənin namizədin seçkiyə qatılan digər namizəddən aşağı səviyyədədirsə, onun intellektual potensialı deputat olmağa imkan vermirsə, kor yapışdığından əl çəkmədiyi kimi, YAP da öz istəyindən əl çəkmir. Əgər digər namizəd YAP-ın namizədindən üstündürsə, niyə görə də bu namizəd deputat mandatı qazanmasın. Məsuliyyətlə deyə bilərəm ki, bu tendensiya belə davam edərsə, Sovet İttifaqı Kommunist partiyasının acı taleyini YAP-da yaşayacaq. Bu gün Ali Baş Komandanın başı xarici siyasətə, Qarabağımıza qarışıb. Bu məsələlər diqqtindən kənarda qalıb.... Kəndlərdə vətəndaşlarla görüşürəm, heç kimin seçkilərə inamı yoxdur. Hamı bir ağızdan deyir ki, kimə səs versək də qutudan YAP-ın namizədi çıxacaq.... Görürsünüz ki, bu vacib yazıya bir dənə də olsun şərh verilməyib. Bu da vətəndaşlarımızın “seçkilərə” münasibəti.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol