Menu

Niderland Ukraynaya “Patriot” sistemləri göndərəck

11.07.2024, 11:44
Niderland Ukraynaya “Patriot” sistemləri göndərəck

Niderland çox tezliklə Ukraynanı "Patriot" havadan müdafiə sistemlərinin vəd olunan komponentləri ilə təchiz etməyə başlayacaq.

“AzPolitika” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Vaşinqtonda NATO sammiti çərçivəsində media nümayəndələrinə müsahibəsində deyib.

"Təchiz etdiyimiz "Patriot" sisteminin hissələrinə gəlincə, deyə bilərəm ki, onları çox tezliklə verəcəyik. "F-16-ların verilməsi ilə bağlı konkret tarix deyə bilmərəm. Bilirik ki, rusiyalılar və Prezident Vladimir Putin, hamı F-16-ların nə vaxt veriləcəyi ilə maraqlanır", - o, sözlərinə əlavə edib.

Bekelmans onu da deyib ki, qabaqcıl qırıcı təyyarələr mümkün qədər tez veriləcək. Nazir onu da vurğulayıb ki, ölkəsi və NATO müttəfiqləri ukraynalı pilotları “F-16”-ları sürməyə hazırlaşdırmaqdan ötrü Rumıniyada Avropa təlim mərkəzi açmaq üzərində gərgin işləyir.

Norveç isə iyulun 10-da bildirib ki, 2024-cü ildə Ukraynaya vəd etdiyi altı “F-16”-nı verməyə başlayacaq.

İyulun 10-da isə ABŞ dövlət katibi Entoni Blinken F-16-ların transferinin başlandığını söyləyib.

İyulun 9-da Niderland da ABŞ, Almaniya, İtaliya və Rumıniyanın Ukraynaya çox gərəkən havadan müdafiə sistemləri vermək vədlərinə qoşulub. Rusiyanın gündəlik dron və raket zərbələri ölkəni iflic edib, Ukraynanın enerji infrastrukturuna ağır zərbə vurub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol