Menu

İlham Əliyev Paksitanda belə qarşılandı - FOTOLAR + VİDEO

11.07.2024, 15:13
İlham Əliyev Paksitanda belə qarşılandı - FOTOLAR + VİDEO

Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev bu gün Pakistana iki günlük rəsmi səfərə yollanıb.

Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb, Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

"AzPolitika.info"






Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol