Menu

Siyavuş Novruzovun dairəsindən yeni deputat seçilə bilər – Bu şəxsin şansı daha yüksəkdir

12.07.2024, 20:37
Siyavuş Novruzovun dairəsindən yeni deputat seçilə bilər – Bu şəxsin şansı daha yüksəkdir

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 5 saylı Babək - Naxçıvan - Culfa Seçki Dairəsindən yeni deputat seçilər bilər.

Bu barədə “AzPolitika”-ya seçki prosesi ilə bağlı məlumatlı mənbələr xəbər verib.

Qeyd olunur ki, həmin dairədən dəfələrlə Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmuş Siyavuş Novruzov bu dəfə bu dairədən namizəd göstərilməyə bilər.

Mənbələr bildirir ki, 5 saylı Babək - Naxçıvan - Culfa Seçki Dairəsindən Naxçıvan MR Teleradio QSC-nin rəhbəri Sahil Tahirlinin deputat seçilmək şansları yüksəkdir.

Xatırladaq ki, Siyavuş Novruzov mediada onun növbəti seçkilərdə YAP-ın namizədi olmayacağı barədə yazılanlara kəskin reaksiya bildirərək, bunu özünə qarşı təxribat adlandırmışdı.

Rasim

“AzPolitika.info”

Şərhlər

Vətənsevər 2024-07-13 11:33:53

Novruzov Parlamentə boş boşuna oturan, ağzını açmayan deputatlardan deyil.

Fərid 2024-07-13 11:30:53

Siyavuş Novruzov dövlətçiliyə bağlı bir şəxsdir

Memmedeli 2024-07-12 23:54:08

Vasif Yalibova musiqi besteleyen Sahil muellim:) klip de cekmisdi ona. Faktiki olaraq Vasif Talibov idare edir orosesleri. Kim hara yerlesdirilecek yene o qerar verib

Azər 2024-07-12 20:08:17

Fərqləri nədədir ki?

Əli 2024-07-12 17:21:22

"мы говорим Милли Меслис, подразумеваем Сиявуш. Мы говорим Сиявуш подразумеваем Милли Меслис... Сиявуш истинное лицо, душа нашего парламента. Без Сиявуша ....Имейте совесть.Не трогать Сиявуша ...

Yaqub 2024-07-12 17:12:54

Siyavuşsuz MM-in ləzzəti olmaz. Onun gic-gic danışıqları parlamentimizi gündəmdə saxlayır, müzakirə obyekti edir, qəbul etdikləri absurd qərarları unutdurur. Etməyin, Siyavuş MM- in əsil simasıdır. Siyavuş cəhənnəm parlamenti tamam gözdən salarsınız...

kukulu 2024-07-12 16:25:22

beli deputat olduqdan sonra Sahil kukude daha bir villa tiksin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol