Qəzzanın Xan Yunis şəhərinin Al-Mavasi rayonu işğalçı İsrail qüvvələri tərəfindən bombalanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Verilən məlumata görə, hücum nəticəsində ən azı 70 nəfər qətlə yetrilib, 100-dan çox mülki şəxs isə yaralanıb.
İşğalçı İsrail ordusu belə dəhşətli qətliama səbəb olan aviazərbəyə bəraət qazandırmaq üçün hədəflərinin HƏMAS-ın hərbi qanadının rəhbəri Muhammed Deyf olduğunu iddia edib. Ancaq onun həlak olduğu və ümumiyyətlə, orada olub-olmadığı barədə məlumat yoxdur.
"AzPolitika.info"

Şərhlər