Menu

Trampı öldürmək istəyən şəxsin kimliyi məlum olub - FOTOLAR (Yenilənib)

14.07.2024, 10:25
Trampı öldürmək istəyən şəxsin kimliyi məlum olub - FOTOLAR (Yenilənib)

ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.

APA xəbər verir ki, bu barədə “New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.

NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.

Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.

Bundan əvvəl CNN-in jurnalisti Ebbi Filip də atəş açan şəxsin 20 yaşlı Pensilvaniya sakini olduğunu bildirmişdi. Lakin o, həmin şəxsin adını açıqlamamışdı.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqi zamanı güllələnib.

Şərhlər

Hiper 2024-07-14 16:36:59

Sozsuz ki her bir halda snayperci oldurulecekdi. Vursa da vurmasa da. Tetikcinin tetikcisi olur hemise.

Mubariz 2024-07-14 10:50:05

Reytinqini artırmaq üçün hər hoqqalara əl atırlar ,bunlar hamısı köhnə KQB nömrələridir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol