Papa Fransiskin İraq xristianlarına video-müraciəti yayılıb. Roma Katolik Kilsəsinin və Vatikanın dövlət başçısı Papa Fransisk bəyan edib ki, İŞİD getdikcə daha çox inadla xristianları Yaxın Şərqdən vurub çıxarmağa çalışır. Bu barədə “BBC”nin xəbərində deyilir.
İraq xristianlarına video-müraciətində Papa deyib ki, İŞİD-ın arzusu odur ki, Yaxın Şərqdə ümumiyyətlə xristian yaşamasın. İslamçılar həmçinin digər etnik qrupları, o cümlədən yezidi kürdləri regiondan qovurlar.
Papa Fransisk o fikirdədir ki, islamçılar Yaxın Şərqin mədəniyyətinə dəhşətli zərbələr endirirlər.
“BBC” xatırladır ki, İŞİD-ın İraqa qəfil hücumundan sonra bir neçə yüz min yerli xristian real ölüm təhlükəsi ilə üzləşib və elə bu səbəbdən də ev-eşiklərin ataraq qaçmalı olublar.(musavat.com)


Şərhlər