Menu

Parlament seçkilərinə namizədlərin qeydiyyatı başlayıb - 401 nəfər sənəd verib

15.07.2024, 10:15
Parlament seçkilərinə namizədlərin qeydiyyatı başlayıb - 401 nəfər sənəd verib

Növbədənkənar parlament seçkilərinə namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb.

Bunu "Report"un əməkdaşının sualına cavab olaraq Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, 401 vətəndaş sənədlərini seçkilərdə namizəd olmaq üçün təqdim edib.

"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır", - R.Qasımov vurğulayıb.

Şərhlər

Seçici 2024-07-15 15:56:18

Partiyalar sənəd təqdim edə bilər.Ancaq bu sənədlərin aid olduğu şəxslərin yaşadıqları ünvan,milli tərkibi Azərbaycan seçki qannuna uyğndurmu*Bu 405 nəfərin neçəsi Naxçıvan əsillidirlər və onlar hansı seçki məntəqələri üzrə bölünüblər.Bölgü onların əsı doğulduqları ərazi və iş yerləti ilə uyöundurmu?Bax buna MSK ciddi diqqər verməlidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol