Menu

Eldar Namazov seçkilərdə iştirak edəcək? – Açıqlama

16.07.2024, 20:16
Eldar Namazov seçkilərdə iştirak edəcək? – Açıqlama

“Hesab edirəm ki, biz daha çox gənc nəslin irəli çıxmasında, inkişafında maraqlı olmalıyıq. Bunu cəmiyyətimizin ümumi maraqları tələb edir”.

Bunu “AzPolitika”-ya açıqlamasında politoloq Eldar Namazov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə suala cavab verərkən deyib.

Hazırda məzuniyyətdə olduğunu deyən Namazov, səhhəti ilə məşğul olduğunu və istirahətə ehtiyacı duyduğunu vurğulayıb.

Xatırladaq ki, politoloq sonuncu dəfə 2005-ci ildə keçirilmiş parlament seçkilərində iştirak edib. Həmin vaxt YES blokunun namizədi olan Eldar Namazov mandat ala bilməyib.

“AzPolitika.info”


Şərhlər

Kamal 2024-07-16 12:37:22

Bir bu məddah çatmırdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol