Menu

"İran Qərblə münasibətləri bərpa etməyə hazırdır" - Rəsmi Tehran

16.07.2024, 18:30
"İran Qərblə münasibətləri bərpa etməyə hazırdır" - Rəsmi Tehran

Tehran Qərblə münasibətləri bərpa etməyə hazırdır, lakin əlaqələrin yaxşılaşdırılması üçün növbəti addımı Qərb tərəfi atmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni bildirib.

“İnanırıq ki, bununla bağlı indi vaxt gəlib çatıb. Növbə qarşı tərəfin qarşılıqlı fəaliyyətə başlaması və münasibətlərdə yeni səhifə açmaq üçün səmimi niyyətlərini sübut etməsidir”, - siyasətçi “Newsweek” jurnalına müsahibəsində bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol