Menu

"Növbəti pandemiya hər an gələ bilər" - ÜST rəhbəri

17.07.2024, 08:24
"Növbəti pandemiya hər an gələ bilər" - ÜST rəhbəri

Dünyada hər an yeni bir pandemiya başlaya bilər.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə pandemiyanın qarşısının alınması üzrə saziş layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar qurumunun iclasında çıxışı zamanı bildirib.

“Mövcud H5N1 epidemiyası bizə xatırladır ki, növbəti pandemiya hər an gələ bilər”, - ÜST-nin baş direktoru deyib.

O, Hökumətlərarası Danışıqlar qurumu tərəfindən hazırlanan sənədi “nəsillərin razılaşması” adlandıraraq, bu təsisatın həyata keçirdiyi işlərin aktuallığını qeyd edib. "Danışıqların bu il başa çatdırılması tarixi hadisə olacaq", - Qebreyesus vurğulayıb.

Sənəd üzərində işin nəticələrinə 2025-ci ilin mayında keçiriləcək 78-ci Ümumdünya Səhiyyə Assambleyasında və ya Assambleyanın 2024-cü ilin sonuna qədər baş tuta biləcək xüsusi sessiyasında yekun vurulacağı gözlənilir.

Bundan əvvəl iyulun 11-də Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında Kamboca və ABŞ-də qeydə alınan son infeksiya hallarına diqqət çəkərək, bütün ölkələri quş qripi üzərində nəzarəti gücləndirməyə çağırıb. O, həmçinin risk qruplarının, xüsusən də yaşı 60-dan yuxarı olan şəxslərin və tibb işçilərinin COVID-19-a qarşı ildə azı bir dəfə peyvənd edilməsinin zəruriliyini xatırladıb.

Şərhlər

Безполитика 2024-07-17 10:40:41

Воздушную границу закрыть надо, чтобы Азербайджан обсолютно изолировался от внешнего мира

Mubariz 2024-07-17 09:00:56

ÜST -sən nə sən bilmirəm yeni pandemiya gəlir cəhənnəmə gəlsin ,bizim sərhədlər bağlıdır, biz onsuzda pandemiyalara vətəndaşlıq vermişik ,bizə ilişməyəcək ,sizlər öz dərdinizə qalın .Birdə ki ,Cavid -19 dan keçmiş TƏBİB rəhbəri yaxşı pul qazandı ,bundanda təzə rəhbər qazanar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol