YAP İdarə Heyətinin iclasında partiya namizədlərini irəli sürüb.

APA xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev iclasdan sonra bildirib.

“Siyahı bu gün dərc olunacaq. Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.

O, siyahıda dəyişiklik olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.

O, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və AMEA prezidenti İsa Həbibbəylinin adının isə YAP-ın siyahısında olmadığını bildirib.

“Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, - deyə o qeyd edib.