Menu

Tramp sui-qəsdini İran planlayıb? - "CNN"-dən maraqlı iddia

17.07.2024, 12:11
Tramp sui-qəsdini İran planlayıb? - "CNN"-dən maraqlı iddia

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinin İran tərəfindən planlandığı bildrilir.

"AzPolitika" xəbər verir ki, belə bir iddia ilə ABŞ-nin "CNN" nəşri çıxış edib.

Nəşr ABŞ rəsmilərinə əsaslanan xəbərində sui-qəsdin İran tərəfindən planlandığına dair kəşfiyyat məlumatlarının olduğunu iddia edib.

Qeyd olunub ki, ABŞ-nin təhlükəsizlik xidməti bu barədə məlumatlı olduğundan, Trampı qorumaq üçün əlavə tədbirlər görüblər.

Qeyd edək ki, İran tərəfi hələlik səsləndirilən iddialara münasibət bildirməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol