Menu

YAP Sadiq Qurbanovu Salyana keçirdi – Şabrandan sabiq deputatın oğlu deputat olacaq

17.07.2024, 14:54
YAP Sadiq Qurbanovu Salyana keçirdi – Şabrandan sabiq deputatın oğlu deputat olacaq

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 1 sentyabr parlament seçkilərində 64 saylı Salyan Seçki Dairəsindən namizəd olacaq.

“AzPolitika” xatırladır ki, YAP ötən seçkidə S.Qurbanovu 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd göstərmişdi.

Hazırda həmin dairə mövcud deyil, Siyəzən rayonu 55 saylı Siyəzən - Quba – Xızı dairəsinə əlavə edilib, Şabran isə 56 saylı Şabran – Xaşmaz DSK-ya daxil edilib.

YAP 56 saylı dairədən S.Qurbanovdan əvvəl deputat olmuş Tahir Süleymanovun oğlu Süleymanlı Mahir Tahir oğlunu namizəd göstərib.

“AzPolitika”

Şərhlər

Səlyanlı Vüqar 2024-07-17 20:21:55

Salyan vətəndaşı ilmayan Salyandan namizəd verilir?.... Bunu düşünən varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol