Menu

TRAMP VƏ KENNEDİNİN GİZLİ TELEFON GÖRÜŞÜ YAYILDI - "Prezidentlik yarışına ciddi təsir edə bilər" + VİDEO

17.07.2024, 15:00
TRAMP VƏ KENNEDİNİN GİZLİ TELEFON GÖRÜŞÜ YAYILDI - "Prezidentlik yarışına ciddi təsir edə bilər" + VİDEO

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində iştirak edəcək Respublikaçılar Partiyasının namizədi Donald Trampla müstəqil namizəd Robert Kennedi arasında baş tutan gizli telefon görüşü intenetə sızdırılıb.

"AzPolitika" xəbər verir ki, sözügedən danışıq şənbə günü Trampa qarşı həyata keçirilən sui-qəsd hadisəsindən sonra baş tutub.

Paylaşılan videoda Tramp sui-qəsd zamanı qulağına dəyən gülləni “dünyanın ən böyük ağcaqanadı”na bənzədir. Tramp həmçinin uşaqlara vurulan peyvəndlərdən söz açır və bu barədə öz tənqidlərini Kennediyə çatdırır. Həmçinin Tramp noyabrda baş tutacaq seçkilərdən də danışır və Baydendən öndə olduğunu bildirir.

"Məncə, bu, sizin üçün çox yaxşıdır. Biz qalib gələcəyik. Bu adamdan çox irəlidəyik",-deyə Tramp bildirir. Trampın bu fikirləri seçkidə Kennedidən dəstək gözlədiyi kimi şərh edilib.

Qeyd edək ki, sözügedən görüntülərdən sonra Kennedi Trampdan üzr istəyib:"Tramp zəng edəndə çəkilişdə idim. Həmin an operatordan çəkilişi dərhal dayandırmasını xahiş etməliydim. Bunun paylaşıldığı üçün utanıram. Trampdan üzr istədim".

ABŞ nəşrləri 9 faizə yaxın seçici dəstəyinə sahib olan Kennedinin Trampa dəstəyinin prezidentlik yarışına ciddi təsir edəcəyini vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol